Livan müqavimətinin işğal altındakı Fələstinin şimalında sionistlərin mövqeyinə hücumları davam edir

Livan müqavimətinin işğal altındakı Fələstinin şimalında sionistlərin mövqeyinə hücumları davam edir

Livan müqaviməti işğal altındakı Fələstinin şimalındakı Səfad şəhərinə raket hücumu ilə yanaşı, ölkənin cənubundakı Marun ər-Rəs məntəqəsində işğalçıların hərbi mövqelərini artilleriya atəşinə tutması barədə bəyanat yayıb.

İRNA-nın verdiyi məlumata görə, Livan Hizbullahının bu günkü (4 oktyabr) bəyanatında deyib: Livanın cənubundakı Marun ər-Rəs düzündə sionist rejimin mövqelərinə olunan artilleriya hücumları nəticəsində çox sayda işğalçı hərbçi həlak olub və yaralanıb.

Hizbullah başqa bir bəyanatda işğal altındakı Kəfr Şuba yüksəkliyindəki “Roisat-e-Al-Alam” bazasını artilleriya atəşi ilə birbaşa hədəfə aldığını da elan edib.

Qeyd edək ki, sionist mediaları Livandan atılan raketlər nəticəsində Qərbi Cəliliyyə bölgəsinin “Şlomi” qəsəbəsində baş verən yanğını etiraf edib.

Livan Hizbullahı Əl-Maliki bazası ətrafında Merkava tankını, sionist Kiryat Şmuna qəsəbəsinin cənubundakı işğalçı ordunun artilleriya batalyonunu, eləcə də “İlaniya”dakı işğal hərbi bazasını raketlərlə hədəfə almadan əvvəl açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + seven =