Pakistanın Müdafiə Nazirinin sionist rejimə “mənalı” xəbərdarlığı
Pakistanın müdafiə naziri İsrailin Fələstin, Livan və İran İslam Respublikası ilə mübarizə edə bilməyəcəyini vurğulayaraq, sionist rejimin Pakistanın atom gücü ilə bacara bilməyəcəyini deyib.
Əl Aləm telekanalının məlumatına əsasən, İslamabaddakı jurnalistlərə müsahibə verən Xacə Məhəmməd Asif İsrailin Pakistana qarşı ehtimal olunan hər hansı bir hərbi tədbir görməməsi barədə xəbərdarlıq edib.
Xacə Məhəməd Asif deyib: Pakistanın nüvə gücü var və İsrail bizimlə hərbi qarşıdurma axtarırsa, dünya nüvə müharibəsi təhlükəsi altına düşəcək.
Pakistanın Müdafiə Naziri həmçinin sionist rejiminin Fələstin, Livan və İranla mübarizəyə qadir olmadığını və və bu ölkələrdə sülh istədiyini də vurğulayıb.