Sionist rejim Beyrutun cənubundakı ərazilərin bombaladı

Sionist rejim Beyrutun cənubundakı ərazilərin bombaladı

Xəbər mənbələri sionist rejim hərbçilərinin Beyrutun cənub ətrafının ərazilərini güclü şəkildə bombaladığlndan xəbər verir.

İRNA-nın məlumatına görə, sionist rejim ordusu bu gün səhər (5 oktyabr) Beyrutun “Burcəl Bracneh” məhəlləsinin digər bölgələrinin sakinlərinə evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Məlumata görə sionist rejimin qırıcı təyyarələri Beyrutun cənub ətraflarında yerləşən “Əl-Abeez” məhəlləsini də bombalayıb.

İsrail ordusu hələlik bombardmanların məqsədini açıqlamayıb.

Qeyd edək ki, sionist rejim ordusu 2 həftədir Livanın cənubunun müxtəlif bölgələrinə genişmiqyaslı hücumlara başlayıb.

Livan Səhiyyə Nazirliyinin hesabatına görə, bu rejimin hücumları nəticəsində yüzlərlə şəhid və minlərlə yaralı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − eighteen =