Əl-Əqsa Tufanı Fələstin xalqının işğala qarşı mübarizə tarixində dönüş nöqtəsi oldu

Əl-Əqsa Tufanı Fələstin xalqının işğala qarşı mübarizə tarixində dönüş nöqtəsi oldu

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Əl-Əqsa Tufanı əməliyyatının ildönümü münasibətilə bəyanat yayaraq, bu əməliyyatı Fələstin xalqının sionist rejimin işğalı və zülmü ilə qanuni mübarizə tarixində dönüş nöqtəsi hesab edib.

Xarici İşlər Nazirliyi 7 oktyabr 2024-cü il bazar ertəsi axşam saatlarında yaydığı bəyanatında bildirib: “Fələstin müqavimətinin bir il əvvəl 2023-cü il oktyabrın 7-də Əl-Əqsa Tufanı əməliyyatı adı altında həyata keçirdiyi aksiya Fələstin xalqının sionist rejimin işğalı və zülmü ilə qanuni mübarizəsi tarixində dönüş nöqtəsi oldu.”

Xarici İşlər Nazirliyinin bəyanatında əlavə olunur: “Bu gün dünyanın azad xalqlarının ictimai rəyi sionist rejimə həmişəkindən daha çox nifrət edir, bu rejimin başçılarının ən ağır beynəlxalq cinayətlərə, xüsusilə soyqırımlarına görə cinayət təqibi və mühakimə olunması qlobal tələbə çevrilib. Müstəqil hökumətlərin və azad xalqların sionist cinayətkarların cəzasızlığına son qoymaq və onların cinayətlərinə Beynəlxalq Cinayət Məhkəməsində baxılmasında israrları, həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin – ABŞ-ın və işğal rejiminin digər qərb tərəfdarlarının müxalif olmasına və işləri pozmasına baxmayaraq – soyqırımın dayandırılması məsələsinə daxil olması, Fələstin xalqına qarşı törədilən cinayətlərin günahkarlarını və göstəriş verənlərini cəzalandırmaq üçün ictimai istəyinin bariz göstəricisidir.”

Xarici İşlər Nazirliyi bildirib: “HƏMAS-ın Siyasi Ofisinin rəhbəri şəhid İsmayıl Həniyyə, Livan İslami Müqavimət Hərəkatının Baş katibi şəhid Seyid Həsən Nəsrullah kimi şəxsiyyətlərin və müqavimətin böyük liderlərinin, müqavimət cəbhəsinin çoxlu sayda komandirləri və məsul şəxslərinin olmaması böyük itki olsa da, amma bu şəhidlərin pak qanı Fələstinin azadlığı və sionist rejimin bölgədəki hökmranlığına qarşı müqaviməti əvvəlkindən daha canlı və bərəkətli edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =