Yəmən bütün günü İsraili hədəf alıb

Yəmən bütün günü İsraili hədəf alıb

Yəmən Silahlı Qüvvələri işğal olunmuş Fələstin ərazilərində İsrail hədəflərinə qarşı bir sıra əməliyyatlar həyata keçirib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Seri verdiyi açıqlamada, Yəmən Silahlı Qüvvələrinin Fələstin və Livana dəstək məqsədilə işğal altındakı Fələstin torpaqlarında İsrail hədəflərinə qarşı həyata keçirdiyi bir sıra əməliyyatlar haqqında məlumat verib.

Yəhya Seri bildirib ki, ilk əməliyyatda işğal altındakı Yaffa (Təl-Əviv) bölgəsində İsrailin iki hərbi məntəqəsi hədəfə alınıb.

İlk hücumda “Fələstin-2” tipli raketdən istifadə edildiyi və raketin hədəfinə çatdığı bildirilib.

İkinci hücumun “Zülfiqar” raketi ilə həyata keçirildiyi və əməliyyatın uğurla başa çatdığı bildirilib.

Yəhya Seri həmçinin bildirib ki, bu gün səhər saatlarında Yəmən Silahlı Qüvvələrinə məxsus hərbi hava qüvvələri Yafa (Təl-Əviv) və Um əl-Rəşraş (Eliat) bölgəsinin cənubunda yerləşən bir neçə hədəfi “Yafa” və “Səməd-4” tipləri ilə atəşə tutub. İşğal altında olan Fələstinə pilotsuz hava vasitələri ilə hücum edildiyini açıqlayıb.

Bu pilotsuz uçuş aparatlarından bir neçəsinin hədəflərinə uğurla çatdığı bildirilib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Seri bəyanatının sonunda deyib: “Yəmən Silahlı Qüvvələri fürsətdən istifadə edərək Qəzza zolağı və İordan çayının qərb sahilindəki bütün Fələstinin müqavimət qruplarında olan qəhrəman mücahidləri, eləcə də bizim Livan İslam Müqavimətindəki mücahid qardaşlar. “Yəmən Silahlı Qüvvələri İsrail düşməninə qarşı növbəti hərbi əməliyyatlar həyata keçirmək və Qəzza zolağındakı mühasirəni aradan qaldırmaq və Livana hücumları dayandırmaq üçün dəniz blokadasını saxlamaqda qərarlıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 9 =