HƏMAS lideri Sinvar sağdır və uzun sükutdan sonra əlaqə saxlayıb

HƏMAS lideri Sinvar sağdır və uzun sükutdan sonra əlaqə saxlayıb

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar sağdır və uzun sükutdan sonra əlaqə saxlayıb.

Bu barədə “Walla” portalı İsrail rəsmisinə istinadən məlumat yayıb.

Portalın həmsöhbətinin sözlərinə görə, Sinvar son günlər Qətərdəki Həmas nümayəndələri ilə əlaqəni bərpa edib və onlara mesajlar çatdırıb.

İsrail rəsmisi bildirib ki, HƏMAS liderinin mesajları dəqiq nə vaxt göndərdiyi məlum deyil, lakin qeyd edib ki, onun mesajları Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün aparılan danışıqlarla bağlı mövqeyinin yumşalmasına işarə etmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =