İstanbulda Əl-Əqsa Tufanı əməliyyatının anım mərasimi

İstanbulda Əl-Əqsa Tufanı əməliyyatının anım mərasimi

“İQNA”-nın “TRT”-yə istinadən verdiyi məlumata görə, Türkiyənin İstanbul şəhərində Fələstin vətəndaş cəmiyyəti təşkilatları ötən il oktyabrın 7-də başlayan Əl-Əqsa Tufanı döyüşünün birinci ildönümündə fələstinlilərin soyqırımını dayandırmaq və Qəzzanı xilas etməyi tələb ediblər.
Bu tədbir Xaricdəki Fələstinlilərin Xalq Konfransı və Türkiyədəki Fələstinlə Həmrəylik Dərnəyi tərəfindən və Fələstin Alimlər Dərnəyi, Fələstin Qadınlar Birliyi, Əl-Əqsa Tufanına Dəstək Üləma Təşəbbüsü, FIMD Dərnəyi və Fələstinli Tələbələr Dərnəyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Fələstin Xalq Konfransı Katibliyinin üzvü və xaricdəki sözçüsü Ziyad Əl-Alul bu tədbirdəki çıxışında deyib: “Fələstin xalqı içəridə qan verir və onlarla sadəcə hisslərini ifadə etmək kifayət etməməlidir. Əksinə, bu hissləri hərəkətə çevirmək lazımdır. Hər bir insan istər maddi, istərsə də mənəvi və ya media dəstəyi ilə nəsə edə bilər”.
O əlavə edib: “Qəzza zolağının böyük hissəsi, o cümlədən binalar və infrastrukturlar dağıdılıb, on minlərlə insan şəhid olub və yaralanıb, lakin biz özümüzü zəif hiss etməməliyik və yolu sona qədər davam etdirməliyik”.
Əl-Alul, bir ildən sonra Qəzza zolağında baş verənlərin bir möcüzə olduğunu sübut etdiyini vurğulad və qeyd etdi ki, bu, Fələstin xalqının mətanəti və işğalçılara qarşı müqavimətidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =