Həmas Ənqa quşu kimi küldən qalxacaq

Həmas Ənqa quşu kimi küldən qalxacaq

Həmas hərəkatının xarici ölkədəki nümayəndəsi sionist rejimin HƏMAS-ı məhv etmək cəhdlərinə baxmayaraq bu hərəkat yenidən ayağa qalxacağından xəbər verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Xalid Məşəl “Reuters” xəbər agentliyinə verdiyi müsahibədə deyib: Küldən qalxan ənqa quşu kimi Həmas da yenidən yüksələcək.

Xalid Məşəl əlavə edib: Sionist rejimin Həmasa son bir ildə vurduğu zərərlərə baxmayaraq, bu hərəkat silah toplamaq, istehsal etmək və qüvvələrini gücləndirməklə mübarizəyə davam edəcək. Fələstinlilərin tarixi məlumdur. Biz şəhid verib hərbi imkanlarımızın bir hissəsini itirdiyimə mərhələlərdən keçmişik. Amma Allahın lütfkarlığı ilə Fələstinin ruhu ənqa quşu kimi yenidən yüksələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 4 =