Qəzza və Livanda aparılan müharibə İsrailə hansı məbləğə başa gəlib?

Qəzza və Livanda aparılan müharibə İsrailə hansı məbləğə başa gəlib?

İsrail Bankı bu rejimin Qəzza və Livana qarşı müharibəsinin dəyərinin 66 milyard dollar olduğunu təxmin edir, ABŞ isə bu il davam edən müharibədə Təl-Əvivə təxminən 18 milyard dollar yardım edib.

Amerikanın “Foreign Policy” jurnalı İsrail rejiminin Mərkəzi Bankının Qəzza və Livandakı müharibənin hazırkı dəyərini 66 milyard dollar olaraq qiymətləndirdiyini yazıb.

İsrail Bankının məlumatına görə, bu rejimin Qəzza zolağı və Livana qarşı müharibəsi İsrailə ümumi daxili məhsulunun 12 faizini itirib. Amerika Netanyahunun müharibə aparmasına təxminən 18 milyard dollar xərcləyib.

ABŞ-ın Braun Universiteti tərəfindən aparılan və dünən bazar ertəsi dərc edilən araşdırma göstərir ki, ABŞ İsrailin Qəzzaya qarşı müharibəsinin başlamasından bu yana İsrail rejiminə hərbi yardım üçün ən azı 17,9 milyard dollar xərcləyib.

İsrail rejiminin Qəzza zolağına qarşı başladığı müharibədən bir il ötür və analitiklərin fikrincə, Amerikanın bu rejimə siyasi, silah və hərbi dəstəyi olmasaydı, sionistlər bu qədər cinayət törədə bilməzdilər.

 Qəzza və Livanın rəsmi statistikalarına görə Təl-Əviv rejimi bu ölkələrdə 42 min adamı şəhid edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − five =