İrandan sionist rejimə üç mesaj
İranın Türkiyədəki səfiri regionda baş verən son hadisələr və İran ilə sionist rejim arasındakı gərginliklə bağlı üç mesaj verib.
Təsnim İnformaisya Agentliyinin məlumatına görə, Məhəmməd Həsən Həbibzadə bir sıra türk rəsmiləri və ekspertlərinin iştirakı ilə regionda baş verən son hadisələr və İran ilə sionist rejim arasındakı gərginliklə bağlı çıxışını analiz edən Okan Müderrisoğlu Türkiyənin “Sabah” qəzetində İranın Ankaradakı səfiri ilə görüşlə bağlı yazıb: İsrailin regional müharibəyə çevrilmiş təcavüzünə cavab olaraq İranın raket əməliyyatının yaratdığı gərginlik kəskin şəkildə artıb. Dünən Türkiyə Milli Məclisində sionist rejimin ekspansionizminin yaratdığı təhlükələr və Türkiyənin mövqeyi ilə bağlı təkbətək görüş keçirməklə yanaşı, biz də İran İslam Respublikasının səfiri Məhəmməd Həsən Həbibullahzadənin dəvəti ilə Ankarada bir araya gəldik.
İran İslam Respublikasının səfiri Həbibullahzadə İran və İsrail arasında qaynar münaqişə ssenarilərinin müzakirə olunduğu gərgin vəziyyətdə üç mühüm mesaj verdi:
1- İranın daha güzəşt və təmkinlik müddəti başa çatıb.
2-Sionist rejim yenidən İrana hücum etsə, daha sarsıdıcı cavab alacaq.
3- İran müharibəni genişləndirmək istəmir. Biz Livan və Fələstin xalqının hüquqlarının qorunması şərtilə atəşkəs əldə olunmasını istəyirik.