“Hizbullah” dronla İsrailə hücum edib, 67 yaralı var

“Hizbullah” dronla İsrailə hücum edib, 67 yaralı var

Livan Hizbullahının mücahidləri bir neçə dəfə raket hücumları ilə sionist ordusunun mövqelərini və toplaşdıqları obyektləri hədəfə alıb.

İRNA-nın məlumatına görə, Livan Hizbullahı bu gün (14 oktyabr) bir bəyanatda Qəzza və Fələstin müqavimətinə dəstək və Livan və onun xalqını müdafiə etmək üçün səhər saat 01:05-də sionist düşmən əsgərlərinin “Əl -Labuna” bölgəsi raket hücumları həyata keçirdiyini elan edib.

Məlumata görə Livan İslami Müqaviməti səhər saat 00:02-də Hizbullah döyüşçüləri eyni bölgəni, 01:15-də isə düşmən rejimin “Xale Vərd” bölgəsindəki hərbi toplanışını bir neçə raketlə hədəfə alıb.

“The Jerusalem Post” qəzeti isə Livan dronlarının İsrailin şimalındakı Binyamina şəhəri yaxınlığında hücumu nəticəsində onlarla insan yaralandığını, bəzilərinin kritik vəziyyətdə olduğunu elan edib. Nəşr bunu misli görünməmiş hücum adlandırır.

“The Jerusalem Post”  yazır: İsrailə doğru üç PUA buraxılıb, lakin onlardan biri İsrail ərazisinə dərininə nüfuz edərək Binyamina ərazisinə düşüb. Bu zaman hava həyəcanı siqnalları aktivləşdirilməyib.

“Hizbullah”ın pilotsuz uçuş aparatı bazar günü axşam Binyamina ərazisinə zərbə endirib, təxminən 67 nəfəri yaralayıb. Onlardan dördü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Dron “Hizbullah”ın raket atəşinin müşayiəti altında Livandan buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 12 =