İran impiçment elan etmək və sionist rejimi məsuliyyətə cəlb etmək üçün bütün imkanlarından istifadə edəcək

İran impiçment elan etmək və sionist rejimi məsuliyyətə cəlb etmək üçün bütün imkanlarından istifadə edəcək

Xarici İşlər Nazirliyinin General Şəhid Nilfuruşanın şəhadətindən sonra verdiyi bəyanatda bildirilir ki, İran sionist rejimini impiçment və məsuliyyətə cəlb etmək üçün bütün imkanlarından istifadə edəcək.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi 27 sentyabr 2024-cü il, cümə günü axşam saatlarında terrorçuların hava hücumu nəticəsində şəhid olan ölkəmizin Livandakı hərbi müşaviri briqada generalı Abbas Nilfuruşanın Livan Hizbullahının mərhum baş katibi Şəhid Seyid Həsən Nəsrullah ilə birlikdə şəhadətə çatmasından sonra bəyanat yayıb.

Bu bəyanatın tam mətni belədir:

Bağışlayan və Mehriban Allahın adı ilə!

Allah yolunda öldürülənləri heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi əta olunur.

Ali İmran surəsi, 169-cu ayə.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi 2024-cü il sentyabr ayının 27-də sionist rejimin Beyrutun yaşayış məntəqələrini bombalaması zamanı rəşadətli və şücaətli general, Qvardiya generalı şəhid Abbas Nilfuruşanın şəhadətini bir daha Ali Məqamlı Rəhbər, əziz İran xalqı və dünyanın digər azad xalqları və şəhidin əziz ailəsinə başsağlığı verir və həmin əziz şəhidin ruhuna salam göndərir.

Sionist rejimin yarandığı gündən indiyə qədərki cinayətlərinin bütün tarixi göstərir ki, bu rejimin təcavüz və cinayətləri qarşısında sakitləşmək onun daha şiddətli olmasına və daha çox cinayət törətməsinə səbəb olur.

Bu yüksək rütbəli iranlı hərbçinin terror edilməsi qeyri-qanuni bir hərəkət və bağışlanmaz cinayətdir və şübhəsiz ki, İran İslam Respublikası bütün imkanlarından istifadə edərək, bu cinayəti törətdiyinə görə impiçment elan edib, sionist rejimini məsuliyyətə cəlb edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 19 =