İtaliya: Livandakı qüvvələrimiz mövqelərini tərk etməyəcək

İtaliya: Livandakı qüvvələrimiz mövqelərini tərk etməyəcək

 İtaliyanın baş nazir müavini və xarici işlər naziri Birləşmiş Millətlər Təşkilatının Cənubi Livandakı sülhməramlı qüvvələrinin (UNIFIL) bazaları tərk etməsinə dair yekun qərarın BMT üzərinə düşdüyünü deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Antonio Tacani bu gün (15 oktyabr) deyib: Bir daha İsrail ordusunun UNIFIL qüvvələrinə hücumu ilə bağlı baş verənlərin qəbuledilməz olduğunu təkrar edirik.

Antonio Tacanı əlavə edib: UNIFIL-dəki italyan qoşunları İsrail ordusunun hücumlarına baxmayaraq mövqelərini tərk etməyəcəklər. Çünki BMT sülhməramlı qüvvələrinin mümkün çıxarılmasını məhz Birləşmiş Millətlər Təşkilatı qərar verə bilər.

Tajani daha sonra İtaliya əsgərlərinin hər zaman üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini diqqətə çatdıraraq deyib: Bizim qüvvələrimiz onlara verilən tapşırıqları yerinə yetirməkdən çəkinməyib  və Livanda həmişə olduğu kimi, missiyalarını yerinə yetirməkdən geri qalmayacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 3 =