Sionist cinayətinin davamı; Qəzza zolağının səhər saatlarında bombalanması nəticəsində 6 fələstinli şəhid olub

Sionist cinayətinin davamı; Qəzza zolağının səhər saatlarında bombalanması nəticəsində 6 fələstinli şəhid olub

İnformasiya qaynaqları sionist rejimin Qəzza zolağına hava hücumlarında 6 fələstinlinin şəhid olduğundan  xəbər verirlər.

İRNA-nın verdiyi xəbərə əsasən, sionist rejim hərbçiləri bu gün səhər saatlarında (15 oktyabr) Qəzza zolağında iki yaşayış evini bombalayıb və çoxlu sayda vətəndaş həlak olub.

Qəzza zolağının şimalındakı Cəbəliya düşərgəsindəki əl-Fəlucə bölgəsində yaşayış evinin bombalanması nəticəsində 4 şəhid və çoxlu sayda yaralı var.

Şəhidlərin və yaralıların dağıntılar altından çıxarılma əməliyyatları davam edir.

Qəzza zolağının mərkəzində Əl-Nuseyrat düşərgəsinin qərbində daha bir yaşayış evinin bombalanması nəticəsində iki fələstinli şəhid olub, bir neçə nəfər isə yaralanıb.

İşğalçı qüvvələr həmçinin bu gün səhər Qəzza zolağının şimalında yerləşən Cəbəliyyə şəhərinin rayonlarını bombalayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − five =