Netanyahu: İsrail Livanda “Hizbullah”ı vurmağa davam edəcək

Netanyahu: İsrail Livanda “Hizbullah”ı vurmağa davam edəcək

İsrail Beyrut da daxil olmaqla bütün Livan boyu “Hizbullah”a hücumu davam etdirəcək.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu Livan ərazisindən hücuma məruz qalan ordunun bazasını ziyarət edərkən bildirib.

“Biz Beyrut da daxil olmaqla, Livanın bütün bölgələrində “Hizbullah”a amansızcasına zərbələr endirməyə davam edəcəyik”, – o, deyib.

Baş nazirin sözlərinə görə, İsrail İranın “şər oxuna” qarşı çətin mübarizə aparır.

“Mübarizəni davam etdiririk, ağır itkilər olsa da, böyük uğurlar əldə etmişik”, – Netanyahu qeyd edib.

Xatırladaq ki, oktyabrın 13-ü axşam saatlarında İsrail ordusu Qolani briqadasının əsgərlərinin təlim keçdiyi bazaya “Hizbullah” tərəfindən hücuma məruz qaldığını bildirmişdi. Ordu dörd əsgərin ölümünü rəsmən təsdiqləyib. Daha 7 əsgər ağır yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 5 =