Hizbullah işğal altındakı Fələstinin şimalında Nəhariyanı raketlə birbaşa vurub

Hizbullah işğal altındakı Fələstinin şimalında Nəhariyanı raketlə birbaşa vurub

Livan Hizbullah Hərəkatı növbəti dəfə işğal olunmuş Fələstinin şimalında sionistlərin mövqelərini hədəfə alıb. Sionist rejim mənbələrində dərc olunan görüntülərə əsasən, Livan islami müqavimətinin raketlərindən biri Nəhariya şəhərinə dəyib.

İRNA-nın çərşənbə günü Əl-Məyadin telekanalına istinadən verdiyi xəbərə görə, qeyd olunan genişmiqyaslı hücumdan sonra işğal olunmuş Fələstinin şimalında yerləşən bir sıra sionist qəsəbələri, o cümlədən Marglyut, Arab Aramşə və Miskaf Amda həyəcan siqnalı verilib.

Sionist rejim televiziyasının 12-ci kanalı da pilotsuz təyyarənin sionistlərin Şlomi qəsəbəsini vurması və qəsəbənin bəzi yerlərinin alovlandığını bildirib.

Bir neçə saat əvvəl Livanın “Əl-Əhd” xəbər saytı məlumat yayıb ki, Hizbullah sionistlərin Kərmail qəsəbəsini ağır raket hücumu ilə hədəfə alıb.

Sionist rejim televiziyasının 12-ci kanalı Hizbullahın raketlərinin bu qəsəbəni birbaşa vurmasını etiraf edərək bildirib ki, Aşağı Əl-Cəlildə Kərmail və onun ətraf ərazilərinə 30 raket izlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 3 =