Əraqçi və Quterreş müharibənin dayandırılmasını vurğuladılar

Əraqçi və Quterreş müharibənin dayandırılmasını vurğuladılar

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş və İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi telefon danışığında Yaxın Şərq regionunda baş verən son hadisələri müzakirə edib və İsrailin Livana hücumlarının və Qəzza müharibəsinin dayandırılmasını vurğulayıblar.

Ölkəmizin xarici işlər naziri çərşənbə axşamı axşam aparılan bu danışıqda Qəzzada davam edən soyqırım və sionist rejimin Livana təcavüzünün yaratdığı fəlakətli insani vəziyyətə toxunaraq, BMT-nin baş katibindən bu beynəlxalq təşkilatın İsrail rejiminin cinayət və təcavüzlərinin dayandırılması, Livan və Qəzzaya humanitar yardım göndərilməsi üçün bütün imkanlarından istifadə etməsini istəyib. Quterreş də bölgədəki gərginliyin artmasından narahatlığını dilə gətirdi. 

Əraqçi bəyan edib ki, İran İslam Respublikası regionun sülh və təhlükəsizliyini qorumaq üçün hərtərəfli səy göstərməklə yanaşı, sionist rejimin istənilən avantürasına qəti və peşmanedici cavab verməyə tam hazırdır.

O vurğulayıb ki, regionda gərginliyin yayılmasının nəticələrinə görə məsuliyyət bu rejim və onun əsas dəstəkçisi olan Amerika Birləşmiş Ştatlarının üzərinə düşəcək.

BMT-nin Baş Katibi də İsrailin Qəzza və Livana hücumlarının davam etməsindən sonra bölgədə gərginliyin artmasından narahatlığını ifadə edərək, müharibənin sona çatması üçün siyasi həllə nail olmaq səylərini artırmağı və Qəzza və Livandakı müharibədə xəsarət alanlara və qaçqınlara yardımların göstərilməsi zərurətini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =