Harris ABŞ-nin həmişə İsrailə kömək etməli olduğunu bildirib

Harris ABŞ-nin həmişə İsrailə kömək etməli olduğunu bildirib

Amerika Birləşmiş Ştatları həmişə İsrailə müdafiə sahəsində kömək etməli və bunun üçün lazım olan bütün resursları təmin etməlidir.

Bu barədə ABŞ-nin vitse-prezidenti və Demokrat Partiyasından ali dövlət vəzifəsinə namizəd Kamala Harris bildirib.

“Amerika həmişə İsraili qorumalı və onun özünümüdafiə ehtiyacını dəstəkləməli, həmçinin İsrailin İranın, o cümlədən onun regiondakı proksilərinin hücumlarından müdafiə olunması üçün lazımi resurslara malik olması üçün amerikan dəstəyini təmin etməlidir”, – o, “Fox News” telekanalına müsahibəsində bildirib.

“Mən bu məsələdə qətiyyətliyəm”, – siyasətçi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − 2 =