ÜST: Qəzzada təqribən hamı acdır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri vəziyyəti “qeyri-insani” adlandıraraq, Qəzza zolağında demək olar ki, hər kəsin aclıqdan əziyyət çəkdiyini vurğulayıb.
İRNA-nın verdiyi məlumata görə, Tedros Adhanom Ghebreyesus bu gün (18 oktyabr) X sosial media hesabında yazıb: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün humanitar yardımlara, ilk növbədə ərzaq və qida çatışmazlığından əziyyət çəkən uşaqlar üçün dərmanlara dərhal çıxış etməyə çağırır. Çünki onların təcili müalicəyə ehtiyacı var.
Tedros Adhanom Ghebreyesus vurğulayıb: Ümumdünya Səhiyyə Təşkilatı hələ də atəşkəsə çağırır, çünki “ən yaxşı dərman sülhdür. Sionist rejim Qəzzanı mühasirəyə almaqla bu bölgəni həbsxanaya çevirib və bir çoxları onu dünyanın ən böyük açıq hava həbsxanası kimi qələmə verir.