Hizbullah işğal altındakı Cövlanı raketlə hədəfə alıb

Hizbullah işğal altındakı Cövlanı raketlə hədəfə alıb

Livan Müqaviməti qüvvələrinin sionist rejimin mövqelərinə qarşı davamlı əməliyyatlarının ardınca işğal olunmuş Cövlan təpələrinə raket hücumu elan edib.

İRNA-nın verdiyi məlumata görə, Livan Hizbullahı bu gün səhər (18 oktyabr)  Qəzzə xalqı və Fələstin müqavimətinə dəstək, Livan xalqının müdafiəsi, eləcə də düşmənin cənub kəndləri və mülki əhaliyə hücumlarına cavabla əlaqədar bir bəyanat yayaraq bildirib: Saat 11:30-dur və işğal altındakı Cövlandakı “UF” kazarmaları bir neçə raketlə hədəfə aldıq.

Bir neçə saat əvvəl sionist mənbələr işğal altındakı Qolanda həyəcan sirenlərinin çalındığını elan etmişdi.

Livan Səhiyyə Nazirliyinin hesabatına görə, işğalçı rejimin Livana hücumları indiyədək 2300-dən çox şəhid və minlərlə yaralının həyatına son qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + 3 =