Hərbi Dəniz Qüvvələri Komandiri: Düşmənin istənilən hücumuna sərt reaksiya verəcəyik
İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı düşmənlərin istənilən avantürasına qətiyyətlə cavab veriləcəyini vurğulayaraq deyib: Düşmənlərin istənilən hücumuna reaksiyamız çox sərt olacaq və onlara ağır zərbə vurulacaq.
İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani “Əl-Mayadin” telekanalına müsahibəsində bildirib: Düşmənlərin təhdidləri onların zəifliyindən qaynaqlanır və onlar bizə qarşı özünü göstərmək istəyirlər.
Admiral əlavə edib: Ötən onilliklər ərzində biz düşmənlərin bütün təhdid və sui-qəsdləri, onların sanksiyaları ilə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq.
Şəhram İrani vurğulayıb: İslam İnqilabının Böyük Rəhbərinin dediyi kimi, düşmənlərin hərəkətləri qarşısında mülayimlik göstərməyəcəyik, reaksiyamız hesablanmış və vaxtında olacaq.