İran XİN rəhbəri: Regional məsələlər sülh yolu ilə həll edilməlidir

İran XİN rəhbəri: Regional məsələlər sülh yolu ilə həll edilməlidir

Mənim Türkiyəyə səfərim “3+3” formatında xarici işlər nazirlərinin ikinci görüşünə təsadüf edir.

Bu barədə İran xarici işlər naziri Abbas Əraqçi mediaya açıqlamasında bildirib.

“Regional məsələləri müzakirə etmək üçün Türkiyə Prezidenti və xarici işlər naziri ilə görüşəcəyəm. Hazırda regionda, Qəzza və Livanda münaqişə təhlükəsi və müharibənin genişlənməsi ehtimalı barədə ümumi anlayış mövcuddur”, – XİN rəhbəri əlavə edib.

Diplomat regional məsələlərin sülh yolu ilə həll edilməli olduğunu vurğulayıb: ““3+3” görüşləri Gürcüstanın iştirakı olmadan keçiriləcək, lakin regionun qalan ölkələri Qafqaz regionu məsələləri ilə bağlı danışıqlar aparmaq və koordinasiya etmək əzmində olduqlarını nümayiş etdiriblər.

Biz regional məsələlərin sülh yolu ilə həll olunmasına, regionda təhlükəsizlik və siyasi tənzimləmələrin bölgəyə sülh və sabitlik gətirməsinə diqqət yetirməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =