Livandan İsrailə 20 raketin atıldığı bildirilir

Livandan İsrailə 20 raketin atıldığı bildirilir

İsrailin şimal bölgələri Livan ərazisindən atəşə məruz qalıb.

Bu barədə ordunun mətbuat xidməti məlumat verib.

Məlumata görə, Yuxarı Qalileya istiqamətində təxminən 20 raket buraxılıb.

“Raketlərin bir hissəsi ələ keçirilib, qalanları isə açıq ərazilərə düşüb,” – məlumatda bildirilir.

Bundan qısa müddət əvvəl isə İsrailin şimalındakı Safed şəhərində hava sirenləri səslənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =