Tramp: Sinvarın ölümü Qəzzada sülhü asanlaşdıracaq

Tramp: Sinvarın ölümü Qəzzada sülhü asanlaşdıracaq

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Tramp HƏMAS lideri Yəhya Sinvarın ölümünün Qəzzada sülhü asanlaşdıracağını düşündüyünü deyib.

Donald Tramp seçki kampaniyası üçün getdiyi Miçiqanda İsrailin hücumu zamanı həlak olan Sinvar haqqında ilk dəfə danışıb.

İsrailin baş naziri Benyamin Netanyahunun yaxşı nəticə əldə etdiyini bildirən Tramp ABŞ prezidenti Co Baydeni də Netanyahu və İsrail ordusunun geri çəkilməsinə çalışdığına görə tənqid edib.

Baydenin bunun tam əksini etməli olduğunu müdafiə edən Tramp tezliklə Netanyahu ilə zəng edib danışmaq istədiyini də bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 1 =