Yəmənin Təl-Əvivə qarşı dəniz və hava hücumları daha intensiv şəkildə davam edir

Yəmənin Təl-Əvivə qarşı dəniz və hava hücumları daha intensiv şəkildə davam edir

 Yəmən Ənsarullah hərəkatının lideri Əbdülməlik Husi dəniz əməliyyatları və sionist rejim mövqelərinə raket və PUA hücumlarının Fələstinə kömək üçün daha böyük intensivliklə davam edəcəyinə əminlik yaradıb.

Əl Aləm Telekanalının məlumatına əsasən, hökumətinin baş nazirinin müdafiə və təhlükəsizlik məsələləri üzrə müavini general-mayor Cəlal Əl Ruyeşan deyib: Səna Əbdülməlik Husinin qərarına əsaslanaraq, Fələstinə kömək etmək üçün sionist düşmənə qarşı hərbi əməliyyatlara davam edəcək.

Qeyd edək ki, Yəmən ordusu Əl Əqsa Tufanı əməliyyatının başlanğıcından bu yana 167 sionist gəmisini hədəf aldığını, düşmən rejimin dənizini mühasirəyə alaraq işğal olunmuş ərazilərin dərinliklərinə hücumlarını davam etdirdiyini açıqlayıb.

Ənsarullah Hərəkatı siyasi bürosunun üzvü Əli Əl Kahhum da deyib: İsrail rejiminin Qəzza və Livana təcavüzkar hücumları, Qəzzanın blokadası davam etdikcə, Yəmənin yardım əməliyyatlarına davam edəcək, bu addımlar daha da artacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 1 =