Amerika polisi Fələstin tərəfdarı tələbələri həbs edib

Amerika polisi Fələstin tərəfdarı tələbələri həbs edib

Amerika polisi Minneapolisdə Minnesota Universitetinin inzibati binasını zəbt edən bir neçə fələstin dəstəkçisi olan tələbəni həbs edib.

İRNA-nın Associated Press-ə istinadən verdiyi məlumata görə, nümayiş təşkilatçıları bu xəbəri dünən gecə (21 oktyabr) elan etsə də həbs olunanların sayı məlum deyil.

Universitet rəsmiləri yerli vaxtla bazar ertəsi günortadan sonra iddia edib ki,  guya etirazçılar bu binanın şərq qanadındakı “Murrill Hall”a daxil olaraq ümumi əmlaka ziyan vuraraq binaya giriş-çıxışı məhdudlaşdırəblar.

Minnesota Universitetinin sözçüsü tələbələrin həbsini təsdiqləmək üçün Associated Press-in sorğusuna cavab verməyib. Amma aksiya təşkilatçılarından biri binaya daxil olan etirazçıların həbs olunduğunu bildirib. O da saxlanılanların sayını açıqlamayıb.

Etiraz təşkilatçılarından biri Merrill Van Alstyne bildirib ki, 30-a yaxın etirazçı Minnesota Universitetindəki Morlin Hallını ələ keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 13 =