BMT: İsrail tankı Livandakı sülhməramlıların müşahidə qülləsini dağıdıb

BMT: İsrail tankı Livandakı sülhməramlıların müşahidə qülləsini dağıdıb

İsrail Müdafiə Qüvvələrinin buldozeri BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin obyektinin ətrafındakı müşahidə qülləsini və perimetr hasarını dağıdıb.

Bu barədə UNIFIL komandanlığının “X” sosial şəbəkəsindəki bəyanatında deyilir.

Tələfat barədə məlumat verilmir.

UNIFIL İsrailə və münaqişənin digər tərəflərinə BMT personalının və əmlakının təhlükəsizliyini təmin etmək məsuliyyətini xatırladıb.

Qeyd edək ki, İsrailin Merkava tankı “mavi dəbilqəlilərin” müşahidə qülləsinə zərbə endirib və orada quraşdırılmış avadanlıqları, xüsusən də videokameraları sıradan çıxarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 10 =