Blinkenin Tel-Əvivdəki iqamətgahı qarşısında aksiya

Blinkenin Tel-Əvivdəki iqamətgahı qarşısında aksiya

Çərşənbə axşamı sionistlər Tel-Əvivdə ABŞ dövlət katibi Entoni Blinkenin yerləşdiyi mehmanxana qarşısında baş nazir Benyamin Netanyahu Kabineti əleyhinə və Qəzzada atəşkəs sazişinin bağlanmamasına etiraz olaraq aksiya təşkil ediblər. Aksiyaçılar həmçinin sionist rejim və HƏMAS hərəkatı arasında razılaşma və Qəzzalı əsirlərin mübadiləsini tələb ediblər.

Sionistlər dəfələrlə Netanyahu kabinetinin Qəzzə müharibəsi ilə bağlı siyasətlərinə qarşı nümayişlər keçirib. Onlar Qəzzada atəşkəs imzalanmasını və əsirlərin  mübadiləsinə dair razılaşma əldə etmək istəyirlər. Etirazçılar Netanyahunu razılığa gəlməyə əsas maneə kimi görürlər.
Şənbə günü sionist əsirlərin ailələri sionist rejimin başçısı “İshaq Hersoq”un şəxsi evinin qarşısına toplaşaraq Qəzzədə Həmas-ın saxladığı məhbusların azad edilməsini tələb ediblər.
Qeyd edək ki, Antoni Blinken bu gün Qərbi Asiya regionuna daha geniş səfərinin ilk dayanacağında Qəzza zolağında atəşkəs danışıqlarını canlandırmaq, Qəzzanın gələcəyini və bu sahədə mövcud hadisələri müzakirə etmək məqsədi ilə işğal olunmuş ərazilərə daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + 15 =