ABŞ İsraili BMT sülhməramlılarının təhlükəsizliyini təmin etməyə çağırıb

ABŞ İsraili BMT sülhməramlılarının təhlükəsizliyini təmin etməyə çağırıb

ABŞ-nin müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalant ilə telefon danışığında Livan ordusuna hücumlar barədə xəbərlərdən dərin narahatlığını ifadə edib.

Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder yazılı açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ostin BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlılarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Bununla yanaşı, tərəflər Qəzzada humanitar vəziyyəti də müzakirə ediblər. Pentaqon rəhbəri İsrail hökumətini Qəzza zolağındakı ağır humanitar vəziyyəti həll etmək üçün bütün lazımi addımları atmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − one =