ABŞ-li senator: İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlər normallaşa bilər

“İlin sonunadək İsrail və Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin normallaşması haqqında razılaşma əldə oluna bilər”.
Bunu ABŞ-nin “Respublikaçılar” partiyasından olan senator Lindsi Qrem deyib.
O sözügedən məsələni İsrailin Baş naziri Benyamin Netanyahu ilə müzakirə etdiyini də bildirib:
“Düşünürəm ki, bu məsələ Co Baydenin də diqqətindədir, lakin vitse-prezident Kamala Harris iki dövlətin əlaqələrinin normal məcraya yönəlməsini istəmir”.
Kamala Harrisin seçki kampaniyasının milli təhlükəsizlik üzrə müşaviri Morqan Finkelşteyn isə bu iddiaları təkzib edib. O bildirib ki, K.Harris bu istiqamətdə tarixi razılaşmanın istiqamətindəki bütün səyləri dəstəkləyir.