Ali Məqamlı Rəhbərin rəşadətli və fədakar mücahid Seyid Haşim Səfiyəddinin şəhadəti ilə bağlı müraciəti

Ali Məqamlı Rəhbərin rəşadətli və fədakar mücahid Seyid Haşim Səfiyəddinin şəhadəti ilə bağlı müraciəti

İslam İnqilabının Ali Rəhbəri müqavimət cəbhəsinin əziz gənclərinə müraciətində, Livan Hizbullah Hərəkatının İcra Şurasının sədri cənab Seyid Haşim Səfiyəddinin (Allah ondan razı olsun) şəxsiyyətini təqdir edərək vurğulayıb: “Bu gün də Hizbullah Livanın ən güclü müdafiəçisi və sionist rejimin hərisliyinə qarşı ən güclü qalxandır.”

İslam İnqilabının Ali Rəhbərinin müraciətinin mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

Müqavimət cəbhəsinin əziz gəncləri

Rəşadətli və fədakar mücahid cənab Seyid Haşim Səfiyəddin (Allah ondan razı olsun) müqavimət şəhidləri sırasına qoşuldu və daha bir parlaq ulduz Qüdsi-şərif uğrunda cihad səmasını bəzədi. O, Hizbullahın ən görkəmli şəxsiyyətlərindən biri və cənab Seyid Həsən Nəsrullahın daimi dostu və köməkçisi idi. Hizbullah onun kimi liderlərin tədbir və şücaəti ilə Livanı parçalanmaq təhlükəsindən xilas edə bilmiş, qəddar və amansız ordusu bəzən Beyruta qədər gələn işğalçı rejimin təhlükəsini zərərsizləşdirmişdir. Onun və Nəsrullah çevrəsinin digər komandir və mücahidlərinin şücaət və fədakarlığı Litaninin cənubunu, Sur və bu bölgənin digər şəhərlərinin işğal olunması və onların işğal olunmuş Fələstinə ilhaq edilməsi təhlükəsini Livandan uzaqlaşdırdı, Hizbullahın dəyərli canını, malını və nüfuzunu bu ölkənin ərazi bütövlüyünü qorumaq yolunda meydana çıxartdı, təcavüzkar və cinayətkar sionist rejimi öz arzusuna çatmağa qoymadı.

Bu gün Nəsrullah və Səfiyəddin kimi liderlər zahirən bu vəcddə olmasalar da, onların ruhu və rəhbərliyi meydandadır, Livanı və onun müdafiəsiz xalqını müdafiə edir. Bu gün də Hizbullah Livanın ən güclü müdafiəçisi və uzun müddətdir Livanın parçalanmasını hədəfləyən sionist rejimin hərisliyinə qarşı ən güclü qalxandır. Düşmən Hizbullahın Livan üçün fədakar rolunu inkar etməyə çalışır. Livana rəğbət bəsləyənlər bu yalan sözlərin onların boğazlarından eşidilməsinə imkan verməməlidirlər.

Hizbullah yaşayır, böyüyür və öz tarixi rolunu oynayır. İslam Respublikası da Allahın izni ilə, həmişə olduğu kimi Qüds mücahidlərinə və Fələstini işğal etmiş cinayətkar dəstənin işğalçılığına müqavimət göstərənlərə kömək edəcək.

Mən əziz Seyidimiz cənab Səfiyəddinin şəhadəti ilə bağlı onun hörmətli ailəsini, yaxınlarını və bütün müqavimət cəbhələrindəki silahdaşlarını təbrik edir və eyni münasibətlə onlara başsağlığı verirəm.

Salam olsun Allahın saleh bəndələrinə

Seyid Əli Xamenei

3 aban 1403 – 24 oktyabr 2024

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =