ABŞ: İsrailin İrana hücumunda bizim heç bir rolumuz yoxdur

ABŞ: İsrailin İrana hücumunda bizim heç bir rolumuz yoxdur

Amerika rəsmiləri İsrailin İrana qarşı hava hücumlarında Vaşinqton administrasiyasının heç bir rolunun olmadığını iddia edib.

Amerika rəsmisi Reuters – ə verdiyi açıqlamada İsrailin İrana hücum etməzdən əvvəl Vaşinqtonu məlumatlandırdığını , lakin ABŞ-ın əməliyyatlarda iştirak etmədiyini iddia edib .

“Bu hücum Tehran və Təl-Əviv arasında birbaşa toqquşmalara son qoymalıdır ”, – deyə rəsmi əlavə edib.

İsrail mətbuatı Amerika rəsmisinə istinadən yazıb ki, Vaşinqton Tehranı İsrailin hücumuna cavab verməməsi ilə bağlı xəbərdar edib.

Xəbərdə aşağıdakı xəbərdarlıq diqqət çəkib: “İsrailin hücumuna cavab vermək ciddi nəticələrə səbəb olacaq və biz İsraili müdafiə etməyə hazırıq ”.

İranın Təsnim xəbər agentliyinə danışan mənbə İsrail ordusunun İranda 20 nöqtəni hədəf alması iddiasının şişirdildiyini və hədəflərin sayının bu rəqəmdən çox az olduğunu bildirib.

Eyni mənbə həmçinin İsrailin Tehranda İnqilab Keşikçiləri Korpusunun heç bir hərbi mərkəzini hədəf almadığını və hücumun İran sərhədlərindən kənardan həyata keçirildiyini təsdiqləyib .

İsrail zəif hücumunun həcmini artırmağa çalışır ” dedi mənbə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 15 =