İraq İslam Müqaviməti pilotsuz təyyarəsi işğal altındakı Cövlana hücum edib

İraq İslam Müqaviməti pilotsuz təyyarəsi işğal altındakı Cövlana hücum edib

 İraq İslami Müqaviməti bir bəyanatda işğal altındakı Cövlanda həyati əhəmiyyətli bir hədəfə pilotsuz təyyarə ilə hücum etdiyini elan edib.

Əl Aləm telekanalının məlumatına əsasən, İraq İslami Müqaviməti bu gün səhər (27 oktyabr) verdiyi ilk bəyanatında işğal altındakı Cövlanda mühüm və həyati hədəfə intiharçı pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb.

İraq İslami Müqaviməti bu bəyanatda bu əməliyyatın qəsbkar rejimin uşaqlar, qadınlar və qocalar da daxil olmaqla dinc əhaliyə qarşı törətdiyi qətllərə cavab olaraq həyata keçirildiyini və düşmən mövqelərinin darmadağın edilməsinin artan tendensiya ilə davam etdiyini açıqlayıb.

Bir neçə dəqiqə əvvəl media işğal altındakı Cövlan bölgələrində həyəcan təbili çalındığını xəbər vermişdi.

Son bir neçə ayda İraqın İslami müqaviməti Fələstinin müxtəlif bölgələrində, o cümlədən Eylat limanı, Cövlan və İordaniya Vadisi kimi həssas və mühüm mövqeləri hədəf alıb.

Bu qrup bundan əvvəl də keçmiş əməliyyatlarda işğal olunmuş ərazilərə xəbərdarlıq etmişdi ki, sionist rejim Qəzzə zolağı və Livana hücumlarını davam etdirərsə, bu rejimin mövqelərinə qarşı əməliyyatlarını gücləndirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 15 =