MKİ və Mossad rəhbərləri Qətərin baş naziri ilə görüşdü

MKİ və Mossad rəhbərləri Qətərin baş naziri ilə görüşdü

Mossad rəhbəri David Barnia, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Burns və Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Dohada atəşkəs danışıqlarının yeni raundu adlanan görüş üçün bir araya gəlib.

İRNA-nın məlumatına görə, “Wall Street Journal” bu görüşün yaxın günlərdə daha geniş formatda olacağı və Qəzza və Livanda atəşkəsin müzakirəsi üçün müqəddimə olaraq keçirildiyini bildirib.

Bu xəbər Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) sionist rejimin Qəzza zolağından çıxarılması üçün atəşkəs şərtini elan edərkən dərc olunub.

Bundan əvvəl Reuters xəbər agentliyi Qətərin paytaxtı Dohada Qəzza zolağında atəşkəslə bağlı danışıqların aparıldığını açıqlamışdı. Məlumata görə danışıqlarda vasitəçi qismində Qətərin nümayəndələri və Amerika Kəşfiyyat Təşkilatının (MKİ) rəhbəri “William Burns” və İsrail Kəşfiyyat Təşkilatının (Mossad) rəhbəri “David Barnia” iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 3 =