Qırmızı Xaç və ÜST: Qəzza zolağının şimalındakı vəziyyət fəlakətlidir

Qırmızı Xaç və ÜST: Qəzza zolağının şimalındakı vəziyyət fəlakətlidir

Beynəlxalq Qızıl Xaç Komitəsi və Ümumdünya Səhiyyə Təşkilatı Qəzza zolağının şimalında səhiyyə və humanitar vəziyyətin pisləşməsi ilə bağlı xəbərdarlıq edərək bölgədəki vəziyyəti fəlakətli adlandırıb.

İRNA-nın verdiyi məlumata əsasən, bu iki təşkilat bu gün (26 oktyabr) Qəzzanın şimalında ərzaq, su və dərman preparatlarının azlığından fələstinlilərin çox gərgin vəziyyəti barədə xəbərdarlıq ediblər.

Qırmızı Xaç Təşkilatının Qəzza missiyasının rəhbərinin müavini “Stefani İler” deyib: Qəzza zolağının şimalında vəziyyət “son dərəcə acınacaqlı”dır və bölgəni tərk etmək niyyətində olanlar üçün təhlükəsiz keçid təmin edilməlidir. Daimi təxliyə əmrləri və əsas yardımların idxalına qoyulan fasiləsiz məhdudiyyətlər Qəzza zolağının şimalında qalan mülki sakinlərin dəhşətli şəraitdə yaşamasına səbəbdir.

Stefani İler qeyd edib ki, sionist ordusunun xəstəxanaların boşaldılması tələbi bu ərazidə qalan çoxlu sayda mülki vətəndaşa tibbi və müalicə xidmətlərinin göstərilməsində problemlərə səbəb olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + 2 =