Mossad rəhbəri Dohada qaldı – Qəzzada atəşkəs danışıqlarının bərpası ehtimalı

Mossad rəhbəri Dohada qaldı – Qəzzada atəşkəs danışıqlarının bərpası ehtimalı

 Sionist rejim informasiya qaynaqları hazırda Qətərdə olan Mossad kəşfiyyat təşkilatının rəhbərinin səfərinin uzanmasından xəbər verirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, Haaretz qəzeti Mossad rəhbəri David Barnianın dünən axşam Qətərdə uzun görüş keçirdiyini və mümkün məhbus mübadiləsi sazişinin çərçivəsini müzakirə etdiyindən yazıb.

Bu sionist media yazıb ki, görüşdən sonra Barnia Qətərin paytaxtı Dohada qalmağa qərar verib.

Xəbər mənbələri həmçinin müvafiq tərəflərin yaxın günlərdə danışıqların və texniki qrupların görüşünün bərpası imkanlarını nəzərdən keçirdiklərini açıqlayır.

Mossad rəhbəri David Barnia, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Burns və Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman dünən axşam Dohada atəşkəs danışıqlarının yeni raundu çərçivəsində görüşüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × four =