Sionist rejimin Livan Hizbullahının yeni baş katibinə qarşı ilk hədəsi

Sionist rejimin Livan Hizbullahının yeni baş katibinə qarşı ilk hədəsi

Sionist rejimin energetika naziri bəyanatında Livan Hizbullahının yeni baş katibini qətllə hədələyib.

İRNA-nın məlumatına əsasən, bu gün (29 oktyabr) Şeyx Nəim Qasimin Hizbullah baş katibi seçilməsi xəbərindən bilafasilə sonra sionist rejimin müharibə naziri də naziri Şeyx Nəim Qasimin şəklini dərc edərək onun üçün geriyə sayım başlandığını deyib.

Məlumata görə İsrailin enerji naziri Eli Koen bu hərəkatın yeni baş katibi Şeyx Nəim Qasimi qətlə yetirməklə hədələyərək yazıb: Livan Hizbullahının lideri olan hər kəs sui-qəsd hədəfidir.

Həmçinin sionist rejimin müharibə naziri Yoav Qalant Şeyx Nəim Qasimin şəklini X platformasında dərc edərək yazıb: Onun uzaqlaşdırılması üçün geri sayım başlayıb.

Qeyd edək ki, bu gün (29 oktyabr) Livan Hizbullahının rəhbərliyi Şeyx Nəim Qasimin Livan Hizbullahının baş katibi seçildiyini açıqlayan bəyanat dərc edərək deyib: Allaha iman və həqiqi Məhəmməd İslamına bağlılıq, həmçinin Hizbullahın ideal və məqsədlərinə sadiqlik və Hizbullah Şurasının baş katibinin seçilməsi üçün rəsmi mexanizmə əməl etməklə Şeyx Nəim Qasimin Hizbullahın baş katibi və onun bayraqdarı seçməsi barədə razılığa gəlib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =