Türkiyə: İsrailin İrana hücumu bölgədə xaos yaratmaq kontekstində baş verib

Türkiyə: İsrailin İrana hücumu bölgədə xaos yaratmaq kontekstində baş verib

Türkiyənin BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi İsrailin İrana təcavüzünün Tel Əvivin bölgədə xaos yaratmaq cəhdinin bir hissəsi olduğunu deyib.

İRNA-nın verdiyi məlumata görə, Türkiyənin BMT-dəki nümayəndəsi Əhməd Yıldız dünən gecə (29 oktyabr) Təhlükəsizlik Şurasında çıxışında deyib: İsrailin İranın hava məkanına təcavüzündə əsas məqsəd region təhlükəsizliyi zəminində xaos yaratmaq, müharibələri genişləndirmək və təhlükə dolu bir Yaxın Şərq yaratmaqdır.

Qeyd edək ki, xarici işlər naziri Hakan Fidan da ötən cümə günü Türkiyənin İranla yarana biləcək heç bir münaqişəni dəstəkləmədiklərini və bu münaqişələrin müharibələrlə nəticələnə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Hakan Fidan həmçinin demişdi ki, biz [hər hansı bir münaqişənin] tamamilə əleyhinəyik və digər tərəfdən, İran özünü qanuni yolla müdafiə edirsə, bu, ölkənin haqqıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × two =