İranın yunan-Roma güləşi komandası Albaniyada keçirilən beynəlxalq turnirdə ikinci olub

İranın yunan-Roma güləşi komandası Albaniyada keçirilən beynəlxalq turnirdə ikinci olub

Bir qızıl və bir gümüş medal, həmçinin komanda üzrə 51 xal qazanan İranın yunan-Roma güləş komandası qeyri-olimpiya çəki dərəcələri üzrə beynəlxalq turnirdə ikinci olub.

Qeyri-olimpiya çəki dərəcələri üzrə beynəlxalq turnir oktyabrın 28-29-dək Albaniyanın paytaxtı Tirana şəhərində keçirilib. Komandamızın kapitanı Məhəmməd-Əli Gərayi 82 kiloqram çəki dərəcəsində qızıl medal əldə edib.

  Gərayidən öncə isə Puya Dadmərz 55 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb. Bununla da İran komandası dörd qeyri-olimpiya çəki dərəcəsində bir qızıl və bir gümüş medal sahibi olub.

  85 və 35 xal əldə edən Azərbaycan Respublikası və Ermənistan yığmaları isə müvafiq olaraq, birinci və üçüncü yerləri tutublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − one =