Lavrov Yaxın Şərqdəki müharibədən danışıb: “Bu münaqişədə qaliblər olmayacaq”
“Rusiya Yaxın Şərqdə qan tökülməsinə son qoymağa və siyasi həll üçün şərait yaratmağa çağırır. Silahlı qarşıdurmada heç kim qalib olmayacaq”.
Bunu Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Zorakılığın daha da artmasına və vəziyyətin nəzarətdən çıxmasına səbəb olan addımlardan çəkinməyə çağırırıq. Bu münaqişədə qaliblər olmayacaq. Vəziyyətin normallaşmasına aparan yol qan tökülməsinin dayandırılmasından və Fələstin-İsrail münaqişəsinin hamılıqla tanınmış beynəlxalq hüquqi əsasda siyasi həlli üçün şəraitin yaradılmasından keçir”, – deyə Lavrov bildirib.
O, 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur: “Əminəm ki, yalnız belə bir həll Yaxın Şərqdə davamlı sülhə zəmanət verə bilər”.