Netanyahunun ofisində məxfi məlumatları sızdırmaq ittihamı həbslər başlayıb
Sionist rejimin 13-cü kanalı nazirlik administrasiyasında Qəzzada müharibə hədəflərinə zərər vurma ehtimalı ilə bağlı təhlükəsizlik məlumatlarının sızdırılması ittihamı ilə həbslərin başlandığından xəbər verir.
İRNA-nın verdiyi məlumata görə, bu gün (1 noyabr) İsrail KİV-ləri elan edib: Baş nazir Bneyamin Netanyahunun sözçülərindən biri Eli Vildşteynin də Almaniyanın Bild qəzetinə məxfi məlumatları sızdırmaqda ittiham edilərək sonra həbs olundu. Bununla bağlı Netanyahunun ofisi mühüm və həssas mövzularla bağlı onlarla məlumatın sızdığını açıqlayıb.
İsrailin nazirlər kabineti Netanyahunun ofisindən heç bir məlumatın sızmadığını iddia edir. Administrasiya baş nazirin məxfi məlumatların sızması ilə bağlı araşdırmanın dərcini qadağan edən sərəncamın dərhal ləğvini tələb etdiyini açıqlayıb. Lakin Netanyahunun əleyhdarları onu bu sənədləri dərc etməkdə günahlandırırlar.
Sionist rejimin 13-cü kanalı əlavə edib: ŞABAK, polis və ordu bir neçə gün əvvəl məxfi məlumatların qeyri-qanuni yolla ötürülməsi ehtimalı ilə bağlı araşdırmaya başlayıb.