Livan Parlamentinin sədri: İsrail Beyrutun atəşkəs təklifini rədd etdi
Livan parlamentinin sədri sionist rejimin Livanın Amerika nümayəndəsi ilə razılaşdırılmış atəşkəs təklifini rədd etdiyindən xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, Nəbih Berri dünən axşam (1 noyabr) Əl-Şərqul Əvsət qəzetinə verdiyi müsahibədə deyib: İsrail verdiyi bu qərarla böhranın həlli üçün hər hansı siyasi fəaliyyətini ABŞ prezident seçkilərindən sonraya qədər təxirə saldı.
Livanın başqa bir Qəzzəyə çevrilməsindən narahatlığını ifadə edərən Nəbih Berri əlavə edib: Amerika seçkilərinin sonuna qədər Livandakı vəziyyət bu sahədəki dəyişiklik və inkişaflardan asılı olacaq. ABŞ nümayəndəsi Amos Hockstein Livana əvvəlki səfəri zamanı müsbət əlamətlər görərək Tel-Əvivə gedəcəyini demişdi. Amma Tel-Əvivi tərk etdikdən sonra bizimlə əlaqə saxlamadı.
Livan parlamentinin sədri vurğulayıb: Livan hökuməti BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə riayət etməkdə və onun həyata keçirilməsində israrlıdır.