HƏMAS: Knessetin yeni qanunu sionist rejimin irqçiliyini vurğulayır

HƏMAS: Knessetin yeni qanunu sionist rejimin irqçiliyini vurğulayır

 Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bəyanatında sionist parlamentin (Knesset) yeni qanununu bu rejimin irqçi davranışına növbəti vurğu kimi qiymətləndirib.

HƏMAS hərəkatı bu bəyanatda əlavə edib: Onlardan birinin şəhadət əməliyyatı bəhanəsi ilə fələstinli ailələrin deportasiyası haqqında qanunun qəbul edilməsi bu rejimin irqçi davranışına daha bir vurğudur.

Bu bəyanatda əlavə olunur: Knessetdə 14 yaşından kiçik uşaqların mühakimə olunmasına və həbs edilməsinə icazə verən qanunun qəbul edilməsi beynəlxalq qanunların və müqavilələrin açıq şəkildə pozulmasıdır.

HƏMAS-ın bu bəyanatının davamında deyilir: Bu qanun BMT-nin uşaq hüquqlarına dair müqavilələrinin pozulmasıdır və faşist işğalçılarının Fələstin xalqının bütün təbəqələrinə münasibətdə cinayət addımıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 17 =