Sionist rejim Qəzzə müharibəsinin başlanmasından indiyədək 5331 israilli əsgərin yaralandığını etiraf edib

Sionist rejim Qəzzə müharibəsinin başlanmasından indiyədək 5331 israilli əsgərin yaralandığını etiraf edib

Sionist rejim ordusu yaydığı son itki statistikasında Qəzzə zolağına qarşı müharibə başlayandan bəri 5331 zabit və əsgərinin yaralandığını etiraf edib.

Sionist rejim ordusu elan edib ki, son 24 saat ərzində Qəzzə zolağında gedən döyüşlərdə 5 əsgər, Livanın cənubunda isə 1 əsgər yaralanıb.

Sionist rejim ordusu həmçinin bildirib ki, 2023-cü il oktyabrın 7-də Qəzzə zolağına qarşı müharibə başlayandan indiyədək müharibə cəbhələrində 5331 nəfər yaralanıb, onlardan 779-nun vəziyyəti ağırdır.

Sionist rejim ordusunun elanına əsasən, hazırda Qəzzə və Livanda gedən döyüşlərdə yaralanan 261 əsgərin müalicəsi davam etdirilir, onlardan 23-nün vəziyyəti ağırdır.

Sionsit rejim ordusu əlavə edib: “(Qəzzə zolağına qarşı) Müharibə başlayandan 56 əsgər ölüb.”

Digər tərəfdən, “Haaretz” qəzeti oktyabrın 5-dən bu yana Qəzzədə sionist rejimin 24 əsgərinin ölməsi barədə məlumat yayıb.

Dünən ibrani mediası Qəzzə zolağının şimalında iki ayrı əməliyyatda işğalçı ordunun mayoru da daxil olmaqla 5 sionist hərbçinin həlak olması barədə xəbər verib.

Müşahidəçilər sionist rejim ordusunun itkiləri ilə bağlı xəbərlərə ciddi senzura tətbiq edildiyini və mediaya bu cür xəbərləri müvafiq orqanlarla razılaşdırılmadan dərc etməmək barədə ciddi göstərişlər verildiyini bildirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × five =