Bədənimizdə elektrik necə yaranır?

Bədənimizdə elektrik necə yaranır?

Mütəxəsis: “Ən xırda cərəyan belə orqanizmdə müəyyən fizioloji prosesi başlada, insanı öldürə bilər”

Bəzən kiməsə əl verib salamlaşanda, qapının cəftəsinə, hətta bəzi hallarda avtomobilə toxunanda, sintetik və ya yun paltarları əynimizdən çıxardanda bizi yüngül elektrik cərəyanı vurduğunu hiss edirik. Bir çoxları bədənində elektrik axını olduğunu hiss etdikdə bundan qurtulmaq üçün əlinə açar alıb dəmirə vurur və sairə. Son vaxtlarda bu cür hallar kütləviləşib və mövzunun yenidən gündəmə gəlməsinə səbəb olub. Niyə insanlarla və ya hansı əşya ilə təmasda bizi elektrik cərəyanı vurur? Bu vəziyyəti yaradan səbəb nədir?


Bir çoxları bədənimizdəki elektrik yüklənməsinin anormal olduğunu düşünür. Araşdırmalardan belə məlum olur ki, insandan insana və ya hər hansı bir əşyaya toxunan zaman yaranan elektrik statik elektrik və ya durğun elektrik adlanır. Bu, insan bədəninin səthində yığılan elektrik yüküdür.


O da məlum olub ki, statik enerjinin kəşfi hələ 2 min əvvəl baş verib. İlk dəfə yunan alim Tales kəhrəba ilə parçanın bir-birinə sürtünməsi ilə kiçik qığılcımların çıxdığını görüb və iki cismin sürtünməsi ilə ortaya çıxan statik elektrik ilk dəfə bu şəkildə müşahidə edilib. Statik enerji şimşək çaxması nəticəsində meydana gəlir və insanlara təsir edərək onların orqanizmlərində və əşyalarda toplanır. Xüsusilə daim kompüter arxasında iş görən insanlar bu enerjinin bədənində toplanmasına daha çox məruz qalırlar.


Elektrik axınının son vaxtlarda artmasın gəldikdə isə alimlər bunu qış aylarında yun və sintetik materiallı paltarlar geyinən insanlarda bu gərginliyin daha çox artması ilə əsaslandırırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =