Senders: İsrailin bütün qanunları pozduğu göz qarşısındadır

Senders: İsrailin bütün qanunları pozduğu göz qarşısındadır

ABŞ senatorluğunun nümayəndəsi ölkəsinin sionist rejimin Fələstin xalqı əleyhinə soyqırımına dəstəklərini dayandırmasının zərurətini vurğulayaraq İsrailin bütün beynəlxalq qanunları pozmaqda israrlı olduğunu deyib.

İRNA-nın məlumatına əsasən, Berni Senders dünən gecə (13 noyabr) X sosial media hesabında sionist rejimi silah təminatına sanksiya qoyulması barədə ABŞ senatlığına  layihə təqdim edəcəyindən xəbər verib.

Berni Senders bu layihəni gələn həftə Senatlığa təqdim edəcəyini bildirərək yazıb: Sionist rejim baş naziri Benyamin Netanyahunun Qəzzədə Fələstin xalqı əleyhinə vəhşicəsinə başladığı müharibədə beynəlxalq qanunları pozduğuna heç bir şübhə yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 15 =