BMT: Qəzza müharibəsində həlak olanların 70 faizi qadın və uşaqlardır…

BMT: Qəzza müharibəsində həlak olanların 70 faizi qadın və uşaqlardır…

BMT İnsan Haqları üzrə Ali Komissarlığı hesabatında Qəzza müharibəsində şəhid olanların təxminən 70 faizinin qadın və uşaqlar olduğunu elan edib.

Əl Aləm telekanalının məlumatına əssən, BMT İnsan Haqları Başçısı Volker Türk bu gün (9 noyabr)  komandanlığı altındakı təşkilatın Qəzzada şəhid olanların təxminən 70 faizinin qadın və uşaq olduğunu göstərən yeni hesabatını dərc etməsindən sonra İsrailin açıq-aşkar laqeydliyini və Qəzzada dinc insanların öldürülməsini pisləyib.

Volker Türk bu hesabatın dərcindən sonra Qəzzanın şimalındakı mövcud blokadaya diqqət çəkərək, İsraildən BMT-nin Fələstinli Qaçqınlar Agentliyi (UNRWA) ilə əlaqəni kəsərək beynəlxalq öhdəliklərinə əməl etməsini istəyib.

Hesabatda mülki şəxslərə qarşı geniş və ya sistematik hücumların insanlığa qarşı cinayət sayıla biləcəyi barədə xəbərdarlıq edilib.

Hesabatda deyilir: Əgər bu hücumlar milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək məqsədi ilə həyata keçirilirsə, onlar da soyqırım cinayəti sayıla bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + seventeen =