Sionistlərin 58 faizi Netanyahuya güvənmir

Sionistlərin 58 faizi Netanyahuya güvənmir

İşğal olunmuş ərazilərdə aparılan yeni sorğunun nəticələri İsrail rejiminin müharibə naziri Yoav Qalantın işdən çıxarılmasından sonra sionistlərin 58%-nin artıq baş nazir Benyamin Netanyahuya etibar etmədiyini göstərir.

Əl Aləm telekanalının bugünkü (8 noyabr) məlumatına əsasən, Kanal 12-nin sionist rejimlə bağlı sorğusunun nəticələri göstərib ki, sionistlərin 55 %-i siyasi maraqlar ucbatından Qəzzada müharibənin davam edəcəyinə inanır.

Bu araşdırmaya əsasən, Qallantın hərbi nazir vəzifəsindən uzaqlaşdırılmasından sonra sionistlərin 58 %-i artıq sionist rejimin baş nazirinə etibar etmir.

Digər tərəfdən, sionistlərin 62 %-i hesab edir ki, yeni müharibə naziri İsrail Katz bu vəzifəyə uyğun deyil.

Bu sionist kanalın sorğusuna əsasən, sionistlərin 45%-i bu rejimin demokratik sistem kimi gələcəyinə bədbindir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − three =