Parisdə Qəzza xalqına həmrəylik nümayişi keçirilib

Parisdə Qəzza xalqına həmrəylik nümayişi keçirilib

Yüzlərlə fransalı sionist işğalçı rejimin soyqırımına qarşı Qəzza zolağında fələstinlilərlə həmrəyliyini ifadə etmək və işğalçı ordunun silahlanmasına son qoyulmasını tələb etmək üçün bu ölkənin paytaxtı Parisdə keçirilən nümayişdə iştirak edib.

Əl Aləm telekanalının məlumatına əsasən, bu gün (9 noyabr) Parisin Respublika meydanına toplaşan fələstinli tərəfdarlar İsrail qırğınını pisləyən şüarlar səsləndirərək Bastiliya meydanına doğru yürüş ediblər.

Nümayişçilər əllərində Fələstin bayraqları və “Soyqırımı dayandırın” və “İsraili silahlandırmağı dayandırın” kimi pankartlarla Fələstinin sionist işğalının pəncəsindən azad edilməsini tələb ediblər.

Bu tədbirin iştirakçıları, o cümlədən yəhudi şəxsiyyətlər Təl-Əvivə və İsraili dəstəkləyən bütün şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Onlar üzərində “insan ləyaqəti”, “beynəlxalq hüquq” və “Birləşmiş Millətlər Təşkilatı” sözləri yazılmış maket tabutlar və fələstinli qaçqınların işğal olunmuş şəhər və kəndlərinə qayıtmaq hüququnu simvolizə edən maket açar daşıyıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + twenty =