İbrani mediası: Nahariyyəni vuran raketlərin mesajı: Buranı tərk edin!
Maariv qəzeti Müqavimət hərəkatının Nahariyyəyə raket hücumu ilə bağlı xəbərdə bu raketlərin yeganə mesajının sakinlər üçün yeganə həll yolunun bu şəhəri tərk etmək olduğundan yazıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Maariv qəzeti bu gün (13 noyabr) yazıb: Müqavimət Nəhariyyəyə atdığı raketlərlə sakinlərə bir mesaj verdi. O da: Nəhariyyəni tərk edin! – dir.
Maariv qəzeti həmçinin şəhərdə qalan sakinlərdən bəziləri ilə apardığı müsahibədən sitat gətirərək yazır: Raket evimin 100 metrliyində düşdü. Sığınacağın divarları titrədi, evimin pəncərələri sındı. Biz bu raketlərin düşməsinə öyrənsək də yenə də dəhşətli günlər yaşayırıq.
Başqa bir sakin deyib: Növbəti PUA-nın nə vaxt partlayacağı və ya növbəti raketin nə vaxt bura düşəcəyini heç kim bilmir, ona görə də normal vəziyyətə qayıtmağımız mümkün deyil.